RU

Gizli qan mutasiyaları piylənmə, diabet və qaraciyər xəstəliklərinə səbəb ola bilər

Bakı. Trend:

Florida Universitetinin (“UF Health”) alimləri aşkar ediblər ki,yaş artdıqca qanda yaranan səssiz genetik mutasiyalar piylənmə,diabet və yağlı qaraciyər kimi xəstəliklərin əsas səbəblərindənbiri ola bilər.

Trend-inməlumatına görə, bu barədə "MedicalXpress" portalı xəbər verib.

Məlumata əsasən, “Journal of Clinical Investigation” jurnalındadərc olunan araşdırmaya görə, bu mutasiyalar qan kök hüceyrələrindəbaş verir və “klonal hematopoez” adlanan vəziyyətə gətirib çıxarır.Bu, yaşlı insanların təxminən 10 faizinə təsir edir və lösemi kimiqan xərçəngi riskini artırır.

Tədqiqatçılar göstəriblər ki, bu mutasiyalar yalnız xəstəliknəticəsində yaranmır, əksinə, xəstəliyin özü mutasiyalardanqaynaqlana bilər. Siçanlar üzərində aparılan təcrübələrdə,mutasiyalı qan hüceyrələrinə malik heyvanlar daha çox yeməyəmeyilli olub, daha sürətlə kökəlib və diabet əlamətlərigöstəriblər.

Alimlərin fikrincə, bu kəşf gələcəkdə sadə qan testləri ilə riskaltında olan insanları erkən müəyyənləşdirməyə, pəhriz və həyattərzi dəyişiklikləri vasitəsilə xroniki xəstəliklərin qarşısınıalmağa kömək edə bilər. Tədqiqatçılar indi bu mutasiyalarınxəstəliyə necə səbəb olduğunu və məşhur arıqlama və diabetdərmanlarının bu təsirləri azaldıb-azaltmayacağını öyrənirlər.Qandakı səssiz genetik dəyişikliklər sadəcə bir yaşlanma əlamətideyil, həm də piylənmə və metabolik xəstəliklərin əsas səbəbi olabilər.

Избранный
36
6
az.trend.az

4Источники