İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmayacaqları halda, hansı addımı atacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə təqdim edib:
"İtaliya 2026-cı il dünya çempionatına vəsiqə qazanmasa, ölkəni tərk edəcəm. Mən artıq kifayət qədər uzaqda yaşayıram, amma daha da irəli gedəcəyəm".
Qeyd edək ki, İtaliya 2014-cü ildən sonrakı dünya çempionatlarının final mərhələlərində iştirak etmir. DÇ-2026-nın seçmə mərhələsində isə italyanlar 6 oyundan 15 xal toplayaraq I qrupunda ikinci yerdədirlər.
Mirağa