RU

“Bəzi insanlara psixologiyanı elm kimi qəbul etmək çətin olur” - PSİXOLOQ DANIŞDI

“İnsanların inanclara, biri-birlərinin şəxsi təcrübəsinə, dünyabaxışına güvənərək, elmi əsası olmayan fikirlərə inanmaları müəyyən problemlər yaradır. Müəyyən inanclar, insanın başına gələnlərdən yanlış nəticə çıxarması və ətrafdakıları da buna inandırmağa çalışması yanlışdır və bu digər insanların həyatlarında mənfi təsirlərə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, bəzən insanlar eşitdikləri hər hansı bir inanca və ya kiçik bir ifadəyə o qədər inanırlar ki, həyatlarının geri qalanını bu fikir üzərində qururlar: “Bu məsələ psixologiyaya da toxunur. Çünki bir çoxları psixologiya ilə bağlı yanlış düşüncələrə sahibdirlər, hətta buna “falçılıq” kimi baxırlar. Psixologiyanı elm kimi qəbul etmək bəzi insanlara çətin olur. İnsanlar dərk etməlidir ki, nəsə əldə etmək üçün ortada bir zəhmət, əmək olmalıdır”.

Избранный
318
1
sia.az

10Источники