Azərbaycan diasporunun rəhbəri, Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.aia.az xəbər verir ki, bu barədə jurnalist Darya Kosarinova "Telegram" kanalında məlumat verib."Onun (Hüseynovun – red.) Rusiya pasportu oktyabrın 14-də FTB-nin qərarı ilə ləğv edilib və indi ölkəyə girişi qadağan edilib", - məlumatda deyilir.Hakimiyyət orqanlarının bu qərarını əhatə edən səbəblər və şərtlər hazırda məlum deyil və heç bir rəsmi şərh verilməyib.aia.az