RU

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

Azərbaycan diasporunun rəhbəri, Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə yerli jurnalist Daria Kosarinova "Telegram" kanalında məlumat yayıb.

"Onun Rusiya pasportu oktyabrın 14-də FSB-nin qərarı ilə ləğv edilib və indi ölkəyə giriş qadağan edilib", - məlumatda deyilir.

Məlumata görə, İslam Hüseynov 20 il əvvəl Ulyanovska köçüb, bundan sonra o, regional Azərbaycan Konqresinin rəhbəri olub.

Xəbər 2 dəfə oxunub.
Избранный
9
2
xezernews.az

4Источники