RU

FSB direktorundan Xəzərlə bağlı iddia: İki ölkə hücum edəcək

BAKI, 16 oktyabr. TELEQRAF

“Rusiyada Britaniya və Ukrayna kəşfiyyat xidmətlərinin “Türk Axını” qaz kəmərinə qarşı təxribat əməliyyatları hazırlaması barədə məlumat var”.

Teleqraf xəbər verir ki, bu iddia ilə Rusiya Federl Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov çıxış edib.

Xidmət rəhbərinin sözlərinə görə, həmçinin Böyük Britaniya ordusunun xüsusi təyinatlı qüvvələrinin (SAS) təlimatçıları və kəşfiyyat xidməti MI-6-nın əməkdaşları Rusiya, Qazaxıstan və ABŞ şirkətlərinin səhmdar olduğu Xəzər Boru Kəməri Konsorsiumuna PUA-larla zərbələr endirmək üçün bir sıra hücumları planlaşdırıblar: “Bundan əlavə, Kiyev MI-6 ilə birlikdə Ukrayna diversiya qruplarının Rusiyanın sərhədyanı rayonlarına hücumunu planlaşdırır”.

FSB rəhbəri Rusiyanın mühüm infrastrukturuna qarşı da hücum nəzərdə tutulduğunu qeyd edib.

Bortnikov əlavə edib ki, Ukrayna hərbi kəşfiyyatının bu yay həyata keçirdiyi “Hörümçək toru” əməliyyatının arxasında da Britaniya kəşfiyyatı dayanıb.

Избранный
24
1
teleqraf.com

2Источники