RU

İtaliya qəzeti Azərbaycanın Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan abidələri bərpa etməsindən yazır

Bakı. Trend:

İtaliyanın nüfuzlu və geniş oxucu kütləsinə malik “ilMessaggero” qəzetində “Gizli Roma, Azərbaycanın xeyriyyəçilikfəaliyyəti sayəsində Komodilya katakombalarının freskaları yenidəncanlandırılır” sərlövhəli məqalə dərc olunub.

Trend xəbərverir ki, jurnalist Franka Ciansoldatinin müəllifi olduğu məqalədəRoma katakombalarının daha bir mühüm nümunəsinin Vatikanlauzunmüddətli əməkdaşlıq sayəsində keçmişdə digər əsas bərpaişlərini səxavətlə maliyyələşdirən Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilikdəstəyi sayəsində xilas edildiyi və yenidən üzə çıxarıldığı diqqətəçatdırılır.

Bildirilir ki, paytaxt Romanın Ostiya rayonunun Villa Serafiniparkında yerləşən Müqəddəs Komodilya katakombalarında qorunan ənmühüm abidələrdən ikisi olan Müqəddəs Feliks və Adauktusun yeraltıbazilikasındakı freskalarında və Leo kubikindəki freskalarda bərpaişləri aparılıb. Katakombalar Komodilyanın şərəfinə adlandırılıb vəburada Feliks və Adauktusun qəbirləri var.

Qeyd olunur ki, konservasiya işləri tezliklə ictimaiyyətəaçılacaq Komodilya katakombalarını inkişaf etdirmək məqsədidaşıyıb. Buradakı bərpa işləri işçilərin sağlamlığı üçün “yaşıl”məhsulların istifadəsi, nanotexnologiya ilə hazırlanmış məhsullarınkonsolidasiya edilməsi və boyalı səthlərdə lazer texnologiyasınınistifadəsi daxil olmaqla ən qabaqcıl üsullar və metodologiyalarəsasında yerinə yetirilib. İstifadə olunan bütün materiallaryeraltı mühitlə yüksək uyğunluğu üçün seçilib.

Məlumat verilir ki, katakombada xalq dilində yazılmış tarixiqeyri-müəyyən olan (6-7-ci əsr və 9-cu əsrin ortaları arasında) biryazı var. “Gizli sözləri ucadan tələffüz etməyin” yazısı Feliks vəAdauktusun məbədində yerləşir. Yazı çox güman ki, mərasimi idarəedənə gizli dualar olan və yunan-latın düsturuna görə sirr deyilənməclis dualarını ucadan oxumamağı xatırladır. Liturgiyaya görə, budualar insanlara deyil, yalnız Allaha ünvanlanan müqəddəs sözlərkimi asta səslə söylənməlidir.

Xatırladaq ki, 2021-ci ilin martında Heydər Əliyev Fondu vəMüqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Komodilyakatakombalarının bərpasına dair əməkdaşlıq müqaviləsiimzalanıb.

Избранный
19
6
az.trend.az

7Источники