RU

Dünya çempionatının finalçıları müəyyənləşdi

Çilidə gənclər arasında dünya çempionatının yarımfinal oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün baş tutan görüşlərdə Mərakeş Fransaya penaltilər seriyasında qalib gəlib (1:1 pen. - 4:3), Argentina isə Kolumbiyanı məğlub edib (1:0).

Beləliklə, turnirin finalında Argentina Mərakeşlə qarşılaşacaq. Matç oktyabrın 19-dan 20-nə keçən gecə (Bakı vaxtı ilə saat 3:00-da) baş tutacaq. Üçüncü yer uğrunda görüşdə isə Fransa Kolumbiya ilə qarşılaşacaq (18 oktyabr, saat 23:00).

Argentina yeddi dəfə gənclər arasında dünya çempionatının finalına çıxıb və onlardan altısında (1979, 1995, 1997, 2001, 2005 və 2007) qalib gəlib. Mərakeş ilk dəfə finala yüksəlib.

Избранный
78
fanat.az

1Источники