RU

Beyləqan sakinləri Füzulidə avtoqəzaya düşüb, dörd nəfər xəsarət alıb

Füzuli rayonunda baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb.

Missiya.Az "Report"-a istinadən xəvər verir ki, hadisə rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Mercedes"də olan Beyləqan rayon sakinləri - 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu və 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Избранный
24
15
missiya.az

10Источники