RU

“Burada təkcə bir nəfərin deyil, bütöv bir şəbəkənin izi var” — Ramiz Mehdiyevlə bağlı sərt açıqlama

“Ramiz Mehdiyevə qarşı irəli sürülmüş “dövlətə xəyanət” və “hakimiyyəti zorla ələ keçirmə” ittihamları kifayət qədər ciddi və hüquqi baxımdan əsaslandırılmış ittihamlardır”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, irəli sürülən ittihamlar təkcə hüquqi deyil, həm də ictimai baxımdan uzun illərdir cəmiyyətdə formalaşmış fikirlərin hüquqi müstəviyə keçməsi kimi qiymətləndirilə bilər:

“Hüquq ictimai münasibətləri tənzimlədiyi üçün hesab edirəm ki, bu ittihamların formalaşmasında ictimai kompasın da mühüm rolu olub. Ona görə də bu cinayətlərin ictimai rezonansı və dövlətçilik baxımından əhəmiyyəti son dərəcə böyükdür”.

Millət vəkilinin fikrincə, çevriliş cəhdi bir dövlətin mövcud quruluşunu və hüquq sistemini dəyişməyə yönəlik addımdır. Bu isə tək bir şəxsin yox, müəyyən şəbəkənin və xarici qüvvələrin birgə fəaliyyətini göstərir:

“Belə hadisələr adətən bir nəfərin fəaliyyəti ilə baş vermir. Bu cür hüquqi ittihamın irəli sürülməsi onu göstərir ki, burada geniş komanda, şəbəkə və bu ideyanı dəstəkləyən xarici qüvvələrin əli var. Azərbaycan ictimai rəyində bu barədə müəyyən təsəvvürlər var və çox güman ki, istintaq prosesində üzə çıxacaq faktlar həmin versiyaları da təsdiqləyəcək”.

// Gülnarə Abasova, Editor.az

Избранный
101
editor.az

1Источники