RU

Füzulidə yol qəzası – 4 nəfər xəsarət alıb

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil ilə “Daewoo” markalı minik maşını toqquşub.

Nəticədə “Mercedes”də olan Beyləqan rayon sakinləri — 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və Nəcəfov İlqar İbadət oğlu

müxtəlif dərəcəli xəsarətlər alıblar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, hadisə oktyabrın 16-da saat 11:30 radələrində baş verib. Qəza nəticəsində xəsarət alan 4 kişi xəstəxanaya hospitalizasiya olunub.

Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub. Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


Избранный
113
1
news24.az

8Источники