RU

"El-Klassiko"nu buraxa bilərlər

Madrid “Real”ında müdafiəçi Deyn Hüyssenin zədəsi ilə bağlı vəziyyət narahatlıq doğurur.

90deqiqe.Az “AS”a istinadən xəbər verir ki,  futbolçunun bərpası gözləniləndən yavaş gedir və o, “Barselona” ilə “El-Klassiko” matçına qədər hazır olmayacaq.

Əvvəlcədən Hüyssenin 12–15 günə sıraya dönməsi planlaşdırılmışdı. Lakin proses ləng gedir və klubun tibbi heyəti riskə getmək istəmir. Bildirilir ki, kamalabənzər əzələ zədələri “kaprizli” sayılır və çox vaxt təkrarlanan xəsarətlərlə nəticələnir.

Qeyd edək ki, “Real Madrid” oktyabrın 26-da “Santyaqo Bernabeu” stadionunda “Barselona”nı qəbul edəcək.

Избранный
82
90deqiqe.az

1Источники