RU

ABŞ: Hindistan Rusiyadan neft idxalını 50 faiz azaldıb

ABŞ Hindistana təzyiq göstərməkdə uğur qazandığını açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü bildirib. O bildirib ki, iki ölkə arasında aparılan “məhsuldar müzakirələr”dən sonra Hindistan Rusiyadan neft idxalını 50 faiz azaldıb.

Ağ Evin bəyanatı ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığından qısa müddət sonra verilib.

Trampın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onu oktyabrın 15-dən etibarən Rusiyadan neft alışını tamamilə dayandıracağına əmin edib. ABŞ lideri qeyd edib ki, Modi ilə söhbət zamanı Hindistanın Rusiyadan enerji asılılığından “məmnun olmadığını” ifadə edib.

Donald Tramp həmçinin bildirib ki, ABŞ yaxın vaxtlarda Çinə də Rusiyadan neft idxalını dayandırması üçün təzyiq göstərəcək.

Buna cavab olaraq, Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Trampın bu tələbi qlobal enerji təchizatı zəncirlərinin sabitliyini poza bilər.

//Gülnarə Abasova, Editor.az

Избранный
51
15
editor.az

10Источники