RU

İsrail Livana hava hücumu etdi

BAKI, 17 oktyabr. TELEQRAF

İsrail ordusu yenidən atəşkəsi pozaraq Livanın cənub və şərq bölgələrinə hava hücumları həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb.

Hücumlar nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Məlumata görə, hücumlar Nəbatiyə, Sayda, Mərcayun və Bint Cubeyl şəhərləri, həmçinin şərqdəki Bəqa vadisinin Baalbek şəhəri istiqamətində olub.

Избранный
24
teleqraf.com

1Источники