RU

Birinci Liqa komandasının 19 yaşlı hücumçusu oyundan sonra öldü - FOTO

“Xan-Tenqri”nin 19 yaşlı hücumçusu Dias Tuley Qazaxıstan Birinci Liqasının 25-ci turunda keçirilən oyundan sonra dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, klub ölüm xəbərini instaqram hesabında açıqlayıb.

Faciə Almatıda “Ekibastuz”la 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatan oyunda baş verib.

Belə ki, 62-ci dəqiqədə Tuley özünü pis hiss edib, meydançada əyləşib və komanda yoldaşından ayaqlarını uzatmasını istəyib.

Vəziyyəti pisləşən futbolçunu xərəkdə meydançadan çıxarıbar. Daha sonra onun vəfat etdiyi açıqlanıb.

Dias Tuley “Kayrat” gənclər sisteminin yetirməsi olub və 2024/25 mövsümündə “Xan-Tenqri”yə qoşulub.

Избранный
102
50
sportinfo.az

10Источники