Bakı.Trend:
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,11 ABŞ dolları və ya 1,73% azalaraq, 63,15 dollar təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,14 dollar və ya 1,82%ucuzlaşaraq 61,41 dollar təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,5 dollar və ya 0,99% azalaraq, 49,91 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,83 dollar vəya 1,32% azalaraq 61,78 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.