RU

Trampdan Putinə gözlənilməz sual: Xoşuna gəlməyib

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı Tramp Putinə “Tomaqavk” raketləri ilə bağlı gözlənilməz sual verib.

“Telefonda Putindən soruşdum ki, Ukraynaya bir neçə min "Tomaqavk" göndərsəm, necə olar? Bu fikir onun xoşuna gəlmədi", - deyə Tramp məsələ ilə bağlı açıqlamasında bildirib.

O, Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşünün iki həftə ərzində baş tuta biləcəyini bildirib: "Buna sabah Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdükdən sonra qərar verəcəyik".

Избранный
11
publika.az

1Источники