Qazaxıstanda futbol zamanı gənc oyunçu dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı Dias Toleu "Xan-Tenqri" - "Ekibastuz" qarşılaşmasının 65-ci dəqiqəsində meydanda yıxılıb.

 O, xərəkdə meydandan çıxarılıb, lakin tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

"Kayrat" yetirməsi olan Dias Toleu ötən ildən "Xan Tenqri" komandasında çıxış edirdi.