RU

İsrail Livana hava zərbəsi endirib

İsrail ordusu bir daha atəşkəsi pozaraq Livanın cənub və şərq bölgələrinə hava hücumları təşkil edib.

"Cebheinfo.az" NNA-ya istinadən xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı Nabatiyə, Sayda, Mərceyun və Bint Cubeyl şəhərləri ilə şərqdəki Bekaa bölgəsinə bağlı Baalbek şəhərini hədəf alıb.

İsrailin döyüş təyyarələrinin həyata keçirdiyi güclü hücumlar nəticəsində Baalbekdə 1 nəfər həyatını itirib, müxtəlif bölgələrdə 7 nəfər yaralanıb.

Избранный
9
cebheinfo.az

1Источники