RU

"Biz atəşkəs razılaşmasına sadiqik" - HƏMAS

HƏMAS Qəzzada müharibənin dayandırılması, atəşkəs rejiminin qorunması və yenidənqurma prosesinə başlanması öhdəliyini bir daha bəyan edib.

Missiya.Az xəbər verir ki, bu barədə HƏMAS-ın İordan çayının qərb sahilindəki rəhbəri Zahir Cabbarin televiziya müsahibəsində deyib.

Onun sözlərinə görə, təşkilat beynəlxalq vasitəçiliklə İsraillə əldə olunan razılaşmalara sadiq qalır və Qəzza zolağının yenidən qurulmasına dəstək verir:

“Biz xalqımızın təhlükəsizliyini, müharibənin dayandırılmasını və yenidənqurma işlərinin başlamasını təmin edən sazişin həyata keçirilməsinə sadiqik. Heç bir beynəlxalq qəyyumluğu qəbul etmirik,” – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs planının birinci mərhələsinin təsdiqləndiyini açıqlayıb. Razılaşma oktyabrın 10-da qüvvəyə minib. Atəşkəs İsrail ordusunun “Sarı xətt”dən geri çəkilməsindən sonra saat 12:00-da qüvvəyə minib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
5
missiya.az

1Источники