RU

Rusiya ilə ABŞ-ni bu tunel birləşdirəcək

Rusiya ilə ABŞ arasında tunel tikintisi perspektivi mövcuddur.

Milli.Az xəbər verir ki,bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib. O, oktyabrın 16-da "X" sosial şəbəkəsində paylaşım edib.

Dmitriyev qeyd edib ki, RDIF artıq sərmayə qoyub və tarixdə ilk Rusiya-Çin dəmir yolu körpüsünü tikib.

"Artıq daha böyük layihələr görməyin və bəşər tarixində ilk dəfə qitələri birləşdirməyin vaxtıdır. Rusiya ilə ABŞ-ı birləşdirməyin vaxtı çatıb", - o yazıb.

Məlumata görə, bu tunel səkkiz il ərzində Berinq boğazı vasitəsilə Rusiya Federasiyası ilə Alyaskanı birləşdirə bilər. Tikinti xərci isə 8 milyard dolları aşmayacaq.

Fidan
Milli.Az

Избранный
70
50
milli.az

10Источники