Moskva və Vaşinqtonun birliyini simvolizə etmək üçün Rusiya və ABŞ-ni Berinq boğazı vasitəsilə tunellə birləşdirməlidir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev təklif edib.
O, sosial media səhifəsində Con Kennedinin belə bir tunel planını əks etdirən sənədlərə istinad edib. Sovet-Amerika layihəsi “Kennedi-Xruşşov” sülh körpüsü adlandırılmalı idi. Dmitriyev yeni layihəyə “Putin-Tramp” tuneli adının verilməsini təklif edib. pizza mizza
Onun sözlərinə görə, nəqliyyat dəhlizi resursların birgə inkişafı üçün imkanlar açmalıdır. Bundan başqa, 112 kilometrlik tunel iş yerləri yaradacaq və hər iki ölkənin iqtisadiyyatını stimullaşdıracaq.
Dmitriyevin fikrincə, İlon Maskın "The Boring Company" texnologiyasından istifadə edərək, tunel 8 milyard dollardan az bir məbləğə qazıla bilər.
Dmitriyev öz təklifini Tramp və Putin arasında bir gün əvvəl, oktyabrın 16-da baş tutan növbəti telefon danışığından sonra verib.
Telegram kanalımız