RU

ABŞ-la Səudiyyə arasında güclü müdafiə paktı imzalanacaq...


Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın gələn ay Vaşinqtona səfəri zamanı Ağ Evdə iki ölkə arasında indiyədək ən güclü hesab edilən müdafiə paktının imzalanacağı gözlənilir.

“Financial Times” qəzetinin mənbələrə istinadən yazdığına görə, Tramp administrasiyasının yüksəksəviyyəli rəsmisi bildirib ki, vəliəhd şahzadənin səfəri zamanı imzalanacaq mühüm sənədin təfərrüatları açıqlanmır. Onun sözlərinə görə, müdafiə paktı Qətər ilə imzalanan son sənədin analoqu ola bilər.

ABŞ Dövlət Departamenti bildirib ki, Krallıqla müdafiə sahəsində əməkdaşlıq Birləşmiş Ştatların regional strategiyasının güclü təməlidir, lakin burada da potensial sazişin təfərrüatlarını şərh etməkdən imtina ediblər. ABŞ Dövlət Departamenti, Ağ Ev və Səudiyyə Ərəbistanı hökuməti “Financial Times” qəzetinin məqaləsi ilə bağlı “Reuters”in şərh sorğusuna da cavab verməyib.

ZÜMRÜD

Избранный
79
3
baki-xeber.com

2Источники