RU

Azərbaycan yığması Millətlər Liqasına qələbə ilə başladı

Azərbaycanın amputant futbolçulardan ibarət millisi Millətlər Liqasının C qrupunda keçirdiyi ilk matçda qələbə qazanıb.

"Unikal" xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Belçika yığması ilə üz-üzə gəlib.

"Bayıl Arena" stadionunda baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın heyətində Sənan Hacıyev və Fərhad Əyyubov (2 qol) fərqləniblər.

Qeyd edək ki, yığma sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.

Избранный
100
1
unikal.az

2Источники