RU

“Futbolçularımız həyəcanlı idi” - Millimizin baş məşqçisi

BAKI, 17 oktyabr. TELEQRAF

“İlk oyun olduğu üçün futbolçularımız həyəcanlı idi”.

Teleqraf xəbər verir ki, bunu amputant futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Ramil Həbibov Bakıda Belçikanı 3:0 hesabı ilə məğlub etdikləri Millətlər Liqasının C qrupunun oyunundan sonra deyib.

O, komandasının turnirdəki hədəfini açıqlayıb: “Komandadan gözləntimiz birinci olmaqdır. 4 oyunun hamısında qələbə qazanmaq istəyirik. Futbolçularımın fiziki durumu çox yaxşıdır. Bu turnirdən sonra daxili çempionatımız da keçiriləcək”.

Qeyd edək ki, millimiz növbəti matçı İsrailə qarşı keçirəcək.

Избранный
95
3
teleqraf.com

4Источники