RU

Mehdiyevin dindirilməsi 7 saat çəkib -

Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.Metbuat.az gununsesi.info-ya istinadən xəbər verir ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb. Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşayiət edib.Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Избранный
18
38
metbuat.az

10Источники