RU

Türkmənistan Efiopiyaya səfir təyin etdi

BAKI, 17 oktyabr. TELEQRAF

Türkmənistanın Efiopiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Murad İşanquliyev Efiopiya Prezidenti Taye Atske Selasieyə etimadnaməsini təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb .

Tərəflər siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsinə sadiq olduqlarını bildiriblər.

M.İşanquliyev Efiopiya xarici işlər üzrə dövlət naziri Bərhanə Tseqaye ilə də görüşüb. Görüşdə ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfər zamanı səfir Afrika İttifaqının nümayəndələri ilə də danışıqlar aparıb, burada əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib.

Избранный
71
teleqraf.com

1Источники