RU

Azərbaycan amputant millisinin futbolçusu: Turniri qalibiyyətlə başa vurmaq istəyirik

Bakı, 17 oktyabr, AZƏRTAC

Komandamız bir neçə ay ərzində ciddi məşqlər keçib və bu gün həmin zəhmətin nəticəsini gördük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın amputant millisinin futbolçusu Fərhad Əyyubov Bakıda keçirilən Millətlər Liqasının C qrupunda Belçikaya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Yığmanın iki qolunun müəllifi belə mötəbər turnirin Azərbaycanda təşkil olunmasının çox sevindirici olduğunu bildirib: “Əsas məqsədimiz Azərbaycanda amputant futbolunun inkişafına töhfə vermək və bizim kimi insanların reabilitasiyasına dəstək olmaqdır. Qolu kimin vurması vacib deyil. Önəmli olan komandanın ümumi qələbəsidir. Turniri qalibiyyətlə başa vurmaq və kuboku ölkəmizdə saxlamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan seçməsi növbəti oyununu oktyabrın 18-də İsrail yığmasına qarşı keçirəcək. Matç saat 13:00-da başlayacaq.

 

Избранный
33
azertag.az

1Источники