RU

Azərbaycanın amputant futbolu millisinin baş məşqçisi: Komandamız növbəti oyunda da öz sözünü deyəcək

Bakı, 17 oktyabr, AZƏRTAC

İlk oyunumuz olduğu üçün həyəcan var idi. Amma şükürlər olsun ki, qalib gəldik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın amputant futbolu millisinin baş məşqçisi Ramil Həbibov Bakıda keçirilən Millətlər Liqasının C qrupunda Belçikaya 3 cavabsız qolla qalib gəldikləri oyundan sonra deyib.

O, millidən gözləntilərin yüksək olduğunu bildirib: “Rəqiblər güclüdür. Növbəti matçda da İsrail kimi iddialı komanda ilə qarşılaşacağıq. Amma futbolçularımıza güvənirəm. Çünki yarışa hazırlığımız yüksək səviyyədə keçib. Komandamız həmin oyunda da öz sözünü deyəcək”.

Qeyd edək ki, Azərbaycan seçməsi növbəti oyununu oktyabrın 18-də İsrail yığmasına qarşı keçirəcək. Matç saat 13:00-da başlayacaq.

 

Избранный
106
2
azertag.az

3Источники