RU

Tramp “The New York Times”ə qarşı 15 milyard dollarlıq iddia qaldırdı

ABŞ prezidenti Donald Tramp bir daha “The New York Times” qəzetinə qarşı böhtan iddiası qaldırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" (WP) yayıb.

Trampın iddiasına əsasən, qəzetin 2024-cü ildə nəşr etdiyi “Lucky Loser” adlı kitabda və digər məqalələrdə onun maliyyə vəziyyəti və şəxsi nailiyyətləri barədə məlumatlar təhrif olunub.

Trampın hüquq komandası bildirir ki, bu materiallar onun biznes imicinə və siyasi nüfuzuna ciddi zərər vurub, buna görə də 15 milyard dollarlıq kompensasiya tələb olunur.

“The New York Times” hələlik məsələ ilə bağlı rəsmi şərh verməyib, lakin ABŞ mediasında bu iddia Trampın mətbuata qarşı ən sərt hüquqi addımlarından biri kimi qiymətləndirilir.

Musavat.com

Избранный
15
musavat.com

1Источники