RU

“Turan Tovuz” – “Qarabağ” matçına doğru: Zədəlilər var 

Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz” “Qarabağ”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin zədəli futbolçuları Joni Montiel və Musa Qurbanlı bu matçda forma geyinməyəcək. Heyətdə cəzalı oyunçu yoxdur.

Tovuz təmsilçisində isə cəmi bir itki var – David Tavareş. O, zədə səbəbindən matçda iştirak edə bilmir.

“Turan Tovuz” – “Qarabağ” görüşü saat 19:00-da start götürəcək.

Избранный
30
idmanxeber.az

1Источники