RU

Polşalı nazirdən Avropaya xəbərdarlıq - “Rusiyanın dərinliklərinə hücumlara hazır olun”...


Polşanın xarici işlər naziri Radoslav Sikorski Londona səfəri zamanı özü ilə Rusiya istehsalı olan “Geran” pilotsuz uçuş aparatı da (PUA) aparıb və Avropaya “Rusiyanın dərinliklərində hücumlara hazır olun” xəbərdarlığı edib.

Sikorski, bu pilotsuz təyyarənin Londona çatmayacağını, ancaq bir “qırıntı donanmasının” belə kritik infrastrukturu məhv edə biləcəyini ifadə edərək, Avropanın birgə hərəkətinin vacibliyini vurğulayıb.

Sikorski Geran PUA-sını Londona Rusiyanın Ukraynadakı müharibəsinin Avropanı da təhdid etdiyi mesajını vermək üçün gətirdiyini bildirib.

O, Avropa Birliyi ölkələrini uzun illər davam edən münaqişəyə hazır olmağa çağırıb və Ukraynaya davamlı dəstəyin vacibliyini vurğulayıb. Sikorski Ukraynanın müharibə strategiyasının üç il müddətinə planlaşdırıldığını bəyan edərək, bunu “məntiqli” adlandırıb. O, vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Avropanın qətiyyətini görməlidir: “Biz Putini inandırmalıyıq ki, ən azı bu üç il ərzində bu yolda davam etməyə hazırıq”.

Polşalı nazir bildirib ki, Ukraynaya daha çox silah və sursat verilməlidir. O bildirib ki, bu dəstək Avropanın müdafiəsi üçün çox vacibdir. Sikorski Rusiyanın Avropanın dərinliklərinə nüfuz edə biləcəyi xəbərdarlığını təkrarlayıb və ABŞ prezidenti Trampın Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketləri göndərəcəyini gözlədiyini bildirib.

TAHİR

Избранный
62
baki-xeber.com

1Источники