RU

Əli Hüseynli Ramiz Mehdiyevlə bağlı suallardan yayındı

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

"Unikal"ın məlumatına görə, Ramiz Mehdiyevə yaxın olan deputatlardan biri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidir. 

Ramiz Mehdiyevə irəli sürülən dövlətə xəyanət ittihamları ilə bağlı məsələlərlə əlaqədar Əli Hüseynlinin mövqeyini öyrənmək istəsək də, o zənglərimizə cavab vermədi.

Həmçinin deputata göndərdiyimiz sorğu da cavabsız qalıb.

Seymur Əli

Избранный
42
12
unikal.az

10Источники