Bu ilin doqquz ayı ərzində polis əməkdaşları qanunsuz dövriyyədən 4 ton 663 kiloqram narkotik vasitə çıxarıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-də cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çoxdur.