BAKI, 17 oktyabr. TELEQRAF
2026-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın (transfertin yuxarı həddi) həcmi 221 milyon 628 min manat olub.
Teleqraf xəbər verir ki, bu "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 25,9 % azdır.