RU

Beyləqandakı qəzada yaralanan ANAMA-nın digər əməkdaşı da öldü

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri də xəstəxanada ölüb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 13-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət alanlardan biri – 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu paytaxtda müalicə olunduğu müddətdə həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alan digər şəxsin müalicəsi xəstəxanada davam edir.

Hadisə zamanı yaralananların hamısı ANAMA əməkdaşı olub, həyatını itirənlər isə iki qardaş idi.

Bizim.Media

Избранный
24
5
bizim.media

10Источники