RU

Pakistan və Əfqanıstan atəşkəsi uzadıb

Pakistan və Əfqanıstan arasında atəşkəs uzadılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

“Müvəqqəti atəşkəs Əfqanıstan Taliban hökumətinin tələbi ilə uzadılıb”, – mənbə bildirib.

Pakistan nümayəndə heyəti artıq Dohaya gəlib və orada münaqişənin həlli üzrə danışıqların aparılacağı gözlənilir.

Əfqanıstan nümayəndə heyətinin şənbə günü Qətərin paytaxtına gələcəyi gözlənilir. Mənbə aydınlaşdırıb ki, atəşkəs danışıqlar yekunlaşana qədər davam edəcək.

Oktyabrın 15-də Pakistan Xarici İşlər Nazirliyi Pakistan və Əfqanıstanın növbəti 48 saat ərzində müvəqqəti atəşkəs razılaşması əldə etdiyini açıqlayıb. Atəşkəs Moskva vaxtı ilə saat 16:00-da qüvvəyə minib.

Yeganə

Избранный
22
busaat.az

1Источники