RU

Tramp: Çox güman ki, Macarıstanda görüş ikitərəfli olacaq

Vaşinqton, 17 oktyabr, AZƏRTAC

Macarıstan görüşünün neçə tərəfli olacağını müəyyənləşdirmək lazımdır, amma bu, çox güman ki, ikitərəfli görüş olacaq.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə geniş tərkibdə görüş zamanı jurnalistlərin sualına cavabında deyib. O bildirib ki, Prezident Zelenski ilə təmasda olacaq.

“İki prezident arasında çox pis ədavət var. Çox çətin vəziyyətdir. Bu iki lider bir-birini sevmir. Biz bunu hamı üçün rahat etmək istəyirik. Beləliklə, bu və ya digər formada üç tərəf bu işə cəlb olunacaq, lakin bu, ayrı-ayrılıqda ola bilər”, - deyə Tramp qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
27
5
azertag.az

6Источники