Vaşinqton, 17 oktyabr, AZƏRTAC
İlk növbədə bizə atəşkəs lazımdır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Donald Trampla geniş tərkibdə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Yaxın Şərqdə də göründüyü kimi, atəşkəs əldə etmək çox çətindir.
“Putin istəmir. Ona görə də ona təzyiq lazımdır. Bizə lazım olanı bu gün prezidentlə danışacağıq. Biz başa düşürük ki, Putini danışıqlar masasına oturtmaq üçün bizə nə lazımdır. Daha əvvəl dediyim kimi, biz istənilən formatda danışmağa hazırıq. Bizə sülh lazımdır”,- deyə Zelenski əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton