ain.az, Axsham.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat çərçivəsində ifadələri alınan 12 tanınmış şəxsdən 8-nin qan və ya saç nümunələrində narkotik maddə aşkar edilib.
Axşam.az xəbər verir ki, analiz nəticəsində narkotik maddə tapılan Dilan Polat sosial şəbəkədə ağlayaraq etirazını bildirib:
"İki uşağımın canına and içirəm ki, mənim qanımda və saçımda həkimin yazdığı yaşıl reseptlə alınan dərmanlardan başqa heç nə ola bilməz. Saçım kəsiləndə də dedim ki, bu dərmanları içirəm, həkim dedi ki, o dərman olaraq çıxır. O qədər insan var idi, düşündüm ki, bəlkə nümunələr qarışar. Dedim saçımı bunun içinə qoy, üstünə adımı yapışdır. Bu qədər qorxağam. Bu ittahamı edənlər etibarımı zədələyir. Həyatım boyu ağzıma vurmamışam. Deyecək sözüm yoxdur, bu insanlar yaşamağımı istəmir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.