RU

Milli üzvü ehtiyatda qaldı

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” klubu Polşa çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Lublin təmsilçisi azarkeşləri önündə “Katovitse” ilə qarşılaşıb. 7 qolun vurulduğu oyun qonaqların qələbəsiylə başa çatıb – 5:2.

Renat bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.

“Motor” 11 turdan sonra 11 xalla 15-ci sıradadır. “Katovitse” isə eyni xalla 14-cü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
futbolpress.az

1Источники