Bakıda 55 yaşlı kişi küçədə bıçaqlanıb.
NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Allahverdi Fəxrəddin oğlu Əliyev tanışı, 1970-ci il təvəllüdlü Fəxrəddin Əsgər oğlu Teymurovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb.