RU

Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz etdi - Vüqar Rəhimzadə

Bakı. Trend:

Qalib, yenilməz və məğrur Azərbaycan xalqı müstəqilliyimizinbərpasının 34-cü ildönümünü qeyd edir. Bayram günlərinin, əlamətdarhadisələrin bir hesabat xarakteri daşıdığını nəzərə alanda son 34illik tariximizi vərəqləmək bir zərurət kimi qarşıda dayanır.1991-ci ilin 18 oktyabr tarixində Dövlət Müstəqilliyi haqqındaKonstitusiya Aktı qəbul edildi. Müstəqilliyimizin bərpasının ilkilləri faciəli dövr kimi xarakterizə edilir. 1991-1993-cü illərdəAzərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşdi. ErmənistanınAzərbaycana qarşı ərazi iddialarının fonunda azərbaycanlılar tarixiQərbi Azərbaycan torpaqlarından və Qarabağdan kütləvi şəkildəqovulurdular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarınınişğal edilməsi böyük faciə idi. O illərdə dövlətçiliyin əsaslarıqurulmadı, nizami ordu yaradılmadı, cəmiyyətdə milli həmrəylik,birlik yox idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti qanunsuz yollazəbt etməsi vəziyyəti daha da ağırlaşdırdı. Onların bir illikhakimiyyəti çağdaş tariximizdə rüsvayçılıq, fəlakət dövrü kimi yeralıb. Hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat qruplaşmasıölkəmizi uçuruma aparırdı.

Həmin dövrdə Azərbaycanın daxilində gedən proseslər ölkəmiziçökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflicvəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təminetmək üçün çalışırdı. Korrupsiya, rüşvətxorluq son həddə çatmışdı.Ölkəmizdə qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyurdu,Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanlarıincidirdi. Baxmayaraq ki, Qarabağda işğalçı Ermənistan ilə qanlıdöyüşlər gedirdi, bütün bunlar azmış kimi AXC-Müsavat qruplaşmasıAzərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinəbaşlamışdı. Gəncə şəhərində qardaş qanı axıdıldı. Cəmi bir illikhakimiyyətləri dövründə AXC-Müsavat qruplaşmasının yarıtmaz,xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyiniitirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsiilə üz-üzə qaldı. Əgər o vaxt xalqın təkidli tələbi ilə ÜmummilliLider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqildövlət kimi dünyanın siyasi xəritəsindən silinəcəkdi.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbiilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizinmüstəqilliyini əbədi və dönməz etdi. Məhz Onun zəngin siyasitəcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisiAzərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndərölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasivə mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycanmöhkəm əsaslar üzərində yeni inkişaf yoluna başladı. Azərbaycanqısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider HeydərƏliyevin Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təminetmək üçün atdığı addımları qısqanclıqla qarşılayanlar 1994-cü ilinoktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdləretdilər. Lakin Heydər Əliyev-xalq birliyi sayəsində dövlətçevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Bir daha sübutolundu ki, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir.Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirənÜmummilli Lider Heydər Əliyev onu qorumağı hər kəsin vətəndaşlıqborcu hesab edirdi. Sabitlik hər bir inkişafın əsası kimi öndəsaxlanıldı. Ölkəmizin malik olduğu iqtisadi potensialdan səmərəliistifadə etməsi dünya iqtisadi sisteminə inteqrasiyanısürətləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanaiqtisadi və siyasi dividend qazandırdı. Azərbaycana inam artdı,ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. “Əsrin müqaviləsi”nin 20illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması, 23illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması bunun bariznümunəsidir. Ölkəmizin dayanıqlı inkişafı üçün geniş imkanlaryarandı. 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neftgəlirlərindən səmərəli istifadəni təmin etdi. İqtisadistrategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasənişlənib hazırlanması neft gəlirlərinin idarə olunmasındaşəffaflığa, əhalinin sosial müdafiəsinin gücləndirilməsiistiqamətində ardıcıl addımlara yol açdı. Azərbaycan qısa müddətdəböyük investisiyalar məkanına çevrildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndərin yorulmaz səylərinəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalqtəşkilatların tribunasından gəldi. Azərbaycanın xarici siyasətuğurları davamlılığı ilə diqqətdə oldu. Ümummilli Lider HeydərƏliyev keçmiş Qarabağ problemini beynəlxalq təşkilatlarıngündəliyinə gətirdi. Həqiqətlərimiz təkzibolunmaz faktlar əsasındadünya ictimaiyyətinə çatdırıldı. Diaspor quruculuğu dövlətsiyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Ümummilli LiderHeydər Əliyev bu çağırışı etdi ki, Vətən birdir, hər birimiz buVətən üçün çalışmalıyıq. Dünyanın müxtəlif ölkələrində yaşayansoydaşlarımızın birliyini, həmrəyliyini təmin etmək üçün 2001-ciildə Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının IQurultayı keçirildi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan Respublikasınınilk Konstitusiyasının qəbul olunması və ölkədə bütün sferalarıəhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik,hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması HeydərƏliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.1993-2003-cü illərdə xalqımızı vahid amal ətrafında birləşdirənazərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinindövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədənifikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsiənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsəsahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşəntolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər HeydərƏliyevin mükəmməl quruculuq proqramının tərkib hissələriolmuşdur.

Milli Məclisin deputatı qeyd edib ki, 2003-cü ildən Ulu ÖndərHeydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirənPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhkəm təməlüzərində siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyüktərəqqiyə, inkişafa nail oldu. Azərbaycanın iştirakı olmadanregionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsininmümkünsüzlüyü dövlətimizin beynəlxalq arenada aparıcı yerinin vərolunun təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyiuğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatıinkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ənislahatçı, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimiliderliyini qoruyur.

Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimiz vəsuverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ilin iyunundanbaşlanan inkişaf yolunun təntənəsidir. Ümummilli Liderin ən böyükarzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazibütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycan BayrağınınŞuşada, Xankəndidə və digər azad olunmuş ərazilərimizdədalğalanması idi. Artıq bu arzu reallığa çevrilib. Dövlət başçısıİlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasirmüstəqil Azərbaycanı daha da gücləndirdi, qələbəyə doğru inamlaapardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızınqəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı Şuşanınişğaldan azad edildiyi tarix Zəfər Günü, 2023-cü ilin 19-20sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterrortədbirləri nəticəsində suverenliyimizin tam bərpa edildiyi gün-20sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə yazıldı.

Artıq işğaldan azad olunmuş ərazilərimizə yeni həyat qayıdıb. Butorpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir,Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycandövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir.Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanınmüstəqilliyi əbədidir, dönməzdir. Qalib, bütöv Azərbaycanınqarşısında yeni imkanlar açılır. Azərbaycan hər dövrünçağırışlarını yüksək səviyyədə yerinə yetirərək uğurları, Zəfərləriilə hər kəsi heyrətləndirir. Bu gün böyük qürur hissi ilə qeydedirik ki, azad edilmiş ərazilərimiz beynəlxalq mərkəzə çevrilib.Qlobal problemlərin bu məkanlarda müzakirə edilməsi Azərbaycanınədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinə veriləndəstəyin ifadəsidir. Tarixi Zəfərimizin reallıqları fonundaPrezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərdən biri 2021-ciil oktyabrın 15-də Milli Məclisin “Müstəqillik Günü haqqında” yeniQanunu təsdiqləməsidir. Qanuna əsasən, hər il mayın 28-iMüstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günükimi bayram edilir.

Məqalədə:
Избранный
12
6
az.trend.az

7Источники