Polşa çempionatında 12-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Renat Dadaşovun formasını geydiyi “Motor” öz meydanında “GKS Katovitse”ni qəbul edib.
Renatın adı matçın iştirak ərizəsinə daxil edilsə də, o, görüşü əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
Matç həmyerlimizin komandasının 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. “Motor” 45+1-ci dəqiqədə, hesab 2:2 olarkən meydanda 10 nəfərlə qalıb.
Renatın komandası 11 xalla 18 kollektiv arasında 15-ci pillədədi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта