RU

Azərbaycanın alüminium ixracından gəlirləri artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 155 789,47 min ABŞ dolları dəyərində 55 219,19 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Dövlət Gömrük Komitəsindən "Cebheinfo.az"a bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,6% çox, həcmi isə 2,5% azalıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,88% təşkil edib.

"Cebheinfo.az"

Избранный
34
3
cebheinfo.az

4Источники