RU

Viktor Orban Tramp Putin sammitinə nikbin baxır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Budapeşt, 18 oktyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə keçiriləcək görüş Ukraynada sülhün bərqərar olması üçün yaxşı şansdır.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Bu gün Macarıstan ABŞ-Rusiya danışıqlarının sülhə gətirib çıxaracağına dair ciddi şansların olduğu Avropa ölkəsidir”, - deyə o bildirib.

Baş nazir ölkəsinin sülhməramlı səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
7
azertag.az

6Источники