RU

Aİ bu liderin də Tramp-Putin görüşünə dəvət olunmasını istəyir

Avropa liderləri Budapeştdə keçiriləcək Tramp-Putin görüşünə hazırlıqlara müdaxilə etməyə çalışırlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentlik qeyd edib ki, avropalı müttəfiqlər ABŞ prezidenti ilə Putin arasında keçiriləcək yeni sammitin onların Ukraynaya qarşı müharibəyə görə Rusiyaya təzyiqi artırmaq səylərinə zərbə vuracağından ehtiyatlanırlar.

Agentliyin Avropadakı mənbələrinin fikrincə, Putin qəsdən Donald Trampa zəngi gecikdirib və Ukrayna prezidenti ilə Ağ Evdə görüşü pozmaq məqsədi güdüb.

Mənbələr hesab edirlər ki, Avropa İttifaqı liderləri sammitdə Putinin Trampa təsirinin qarşısını almağın yollarını tapmalı və danışıqlar masası arxasında yeri təmin etməlidirlər.

Təkliflər arasında Trampla yaxşı münasibətlərdə olan Finlandiya prezidenti Aleksandr Stubbın Macarıstana göndərilməsi də var.

Xatirə SADİQ

Избранный
73
nocomment.az

1Источники