İstanbul, 18 oktyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin Azərbaycanın müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə əlaqədar mesajı XİN-nin rəsmi sosial media hesabında paylaşılıb.
“Müttəfiqimiz, qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 34-cü ildönümü mübarək olsun”, - deyə bildirilib.