RU

Azərbaycan yığması Millətlər Liqasında növbəti matçını keçirdi

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.

News24.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda İsraillə üz-üzə gəlib.

"Bayıl Arena" stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.


Избранный
102
7
news24.az

10Источники