ain.az, Oxu.az saytına istinadən bildirir.
Keniyanın vəfat edən keçmiş baş naziri Raila Odinqa ilə Kisumi şəhərindəki stadionda oktyabrın 18-də keçirilən vida mərasimində yaşanan izdiham zamanı yüzlərlə insan xəsarət alıb, ölənlərin olduğu da bildirilir.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, eks baş nazir oktyabrın 15-də 80 yaşında vəfat edib.
Siyasətçinin anım (vida) mərasimləri oktyabrın 16-da başlayıb, ayın 19-dək davam edəcək.
Dəfn mərasimi bazar günü onun atasının Bondodakı məqbərəsi yaxınlığında baş tutacaq. Bu mərasimdə yalnız yaxın adamlar iştirak edəcək.
Oktyabrın 16 və 17-də Keniyanın paytaxtı Nayrobidə də vida mərasimi keçirilib. Məlumata görə, oktyabrın 16-da polis cənazə korteji üçün yolu açarkən izdihamda dörd nəfər həlak olub. Həmin vaxt onlarla sakin yaralanıb. Oktyabrın 17-də keçirilən vida mərasimində isə iki nəfərin öldüyü və 160-dan çox yaralanma olduğu qeyd edilir.
İzdiham zamanı polisin gözyaşardıcı qazdan və odlu silahdan istifadə etdiyi də vurğulanır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.